Premyer Liqa klubunda ayrılıq

İngiltərənin “Everton” klubu Fil Jaqielka ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçu ilə müqavilənin müddəti başa çatıb və tərəflər yeni anlaşmaya ehtiyac duymayıblar. Bu üzdən də Jaqielka azad agentə çevrilib. Onun karyerasını davam etdirib-etdirməyəcəyi bilinmir.

İngiltərə yığmasında da 40 oyun keçirmiş mərkəz müdafiəçi 2007-ci ildən “Everton”da forma geyinirdi. Daha öncə yetirməsi olduğu “Şeffild Yunayted”də oynamış (2000-2007) Jaqielka, Liverpul təmsilçisində keçirdiyi 12 il ərzində bütövlükdə 385 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button