Premyer Liqa klubunda 6 illik müqavilə
“Tottenhem” yarımmüdafiəçisi Pape Matar Sarrın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb.
2021/22 mövsümündə “Metz”dən “Tottenhem”ə transfer olunan gənc futbolçu həmin mövsümü icarə əsasında keçmiş klubunda keçirib. 2021/22 mövsümünü başa vurduqdan sonra “Tottenhem”ə qayıdan Sarr bu mövsüm 19 matçda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin