
Premyer Liqa klubunda 36 yaşlı baş məşqçi
“Haddersfild” klubunun yeni baş məşqçisinin adı məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin “sükan”ı Yan Zivertə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı mütəxəssislə müddəti 2021-ci ilə qədər olan sözləşmə imzalanıb.
Zivertin son iş yeri Dortmund “Borussiya”sının ikinci komandası olub.
“Haddersfild”də bir müddət əvvəl baş məşqçi Devid Vaqner vəzifəsindən göndərilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin