Premyer Liqa klubunda 25 milyonluq hücumçu
İngiltərənin “Brentford” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniya millisinin və “Frayburq”un hücumçusu Kevin Şadenin transfer hüquqlarını alıbı
“Brentford” 21 yaşlı forvardı bu ilin yanvarında icarəyə götürmüşdü. Klub 25 milyon avro ödəməklə onu birdəfəlik heyətinə qatıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar.
“Frayburq”un yetirməsi olan alman futbolçu Bundesliqa klubunda 36 oyuna 6 qol vurub. O, Premyer Liqa təmsilçisində də 19 oyuna çıxıb.
“Brentford” mərkəz müdafiəçisi Etan Pinnok və sağ cinah vingeri Serxi Kanyosla da yeni müqavilə imzalandığını açıqlayıb. İspaniyadan olan 26 yaşlı Kanyosun müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonuna kimi artırılıb. İngiltərədən olan 30 yaşlı Pinnok isə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulmuş sözləşməyə imza atıb.
“Brentford” sol cinah vingeri Tarik Fosu və sağ cinah vingeri Joel Valensiya ilə də yollarını ayırdığını açıqlayıb. Onların hər ikisinin müqavilə müddəti bu ayın 30-da bitir. Klub müqaviləsini yeniləmək istəmədiyi bu oyunçularla vidalaşıb.
Bizi Facebook-da izləyin