
Premyer Liqa klubunda 20 milyonluq qapıçı
İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Belçikanın “Anderlext” klubunun və Niderlandın U-21 yığmasının qapıçısı Bart Verbruggeni transfer edib.
20 yaşlı qolkiperin transferi üçün belçikalılara 20 milyon avro ödənilib. Tərəflər 5 illik müqaviləyə imza atıblar.
Verbruggen 2020-ci ilin yayından formasını geyindiyi “Anderlext”də 31 oyuna çıxıb, 39 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin