Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu
İngiltərənin “Nottingem Forest” klubu “Tottenhem”in keçmiş çalışdırıcısı Nuno Espirito Santonun komandanın baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssislə 2 il yarımlıq müqavilə imzalanıb. O, dekabrın 23-də baş tutacaq Premyer Liqanın 18-ci turunun “Bornmut”la oyununda komandanın baş məşqçisi kimi debüt edəcək.
Santonun son iş yeri noyabr ayında tərk etdiyi Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olub. O, əvvəllər “Tottenhem”, “Vulverhempton”, “Portu”, “Valensiya” və “Rio Ave” komandalarını çalışdırıb.
Dekabrın 19-da İngiltərə klubu 2021-ci ilin sentyabrından komandaya rəhbərlik edən Stiv Kuperin ayrıldığını elan edib.
“Nottingem Forest” 17 turdan sonra Premyer Liqanın turnir cədvəlində 14 xalla 17-ci yerdədir.
Bizi Facebook-da izləyin