Premyer Liqa klubu “sükan”ı ona tapşırır

İngiltərənin “Lids” klubunun yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Xavi Qrasiya çalışdıracaq. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

52 yaşlı mütəxəssis danışıqlar aparmaq üçün “Elland Roud” stadionuna gedib.

İspan mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanacaq. Yaxın zamanda anlaşmanın rəsmən açıqlanacağı bildirilir.

Xavi Qrasiya son olaraq Qətərin “Əl-Sədd” komandasını çalışdırıb.

“Lids” bir müddət əvvəl baş məşqçi Cessi Marşı istefaya göndərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button