Premyer Liqa klubu şokda – 2 futbolçusu mövsümü erkən başa vurdu
İngiltərənin “Aston Villa” klubu ciddi itkilərlə üzləşib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin qapıçısı Tom Hitonla hücumçusu Uesli sıradan çıxıb.
Onların hər ikisi Premyer Liqanın 21-ci turu çərçivəsində baş tutan “Bernli” ilə oyunda (2:1) ağır zədə alıb. Vəziyyətləri ciddi olan futbolçuların “Aston Villa”ya bu mövsüm kömək edə bilməyəcəkləri ehtimal olunur.
ВВС-nin iddiasına görə, hər iki futbolçunun bərpası üçün azı 6 ay tələb olunur.
Qeyd edək ki, “Aston Villa” cari mövsümdə 21 oyuna 21 xal toplayıb və 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin