Premyer Liqa klubu sabiq yarımmüdafiəçisi ilə gücləndi

İngiltərənin “Aston Villa” klubu sabiq futbolçusu Ross Barklini heyətinə qatıb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü “Luton Taun”da keçirmiş 30 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.

Sözləşmənin detalları açıqlanmayıb. İngiltərə millisinin də şərəfini qorumuş Barkli “Çelsi” və “Everton” komandalarında da çıxış edib. O, “Çelsi”də olarkən “Aston Villa”da icarədə də oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button