Premyer Liqa klubu sabiq qapıçısını transfer etdi

İngiltərənin “Norviç Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sabiq qapıçısı Anqus Qannı geri qaytarıb.

Klubun rəsmi saytının yaydığı məlumata görə, 25 yaşlı ingilis qolkiperlə 4 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına məhz “Norviç Siti”də başlamış Qann, 2018-ci ildən “Sauthempton”da çıxış edirdi. O, icarə əsasında “Stok Siti”nin də formasını geyinib.

Premyer Liqa təmsilçisi Qannı transfer etməklə yanaşı, öz qapıçısı Oryan Nilandla da yollarını ayırdığını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button