Premyer Liqa klubu Asensioya “elçi düşüb”
“Real”ın hücumçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, “Arsenal” ispaniyalı futbolçunun xidmətində maraqlıdır. “Topçular”ın baş məşqçisi Mikel Arteta da keçidin baş tutmasını istəyir.
Öncədən PSJ-nin də Asensio ilə maraqlandığı bildirilirdi.
Asensionun “kral klubu” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 26 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin