Premyer Liqa klubu milli üzvünü yenidən icarəyə verdi

İngiltərənin “Aston Villa” klubunun qapıçısı Lovre Kaliniç karyerasını Xorvatiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, bu barədə “Aston Villa”nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə 31 yaşlı futbolçunun qarşıdakı mövsümün sonuna qədər “Hayduk”a icarəyə verildiyi diqqətə çatdırılıb. Split təmsilçisinin rəsmi saytı da bu keçidi rəsmən açıqlayıb. Kaliniçin 2023-cü ilin yayına qədər icarə əsasında “Hayduk”da çıxış edəcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, Kaliniç, 2018-ci ildən “Aston Villa”da çıxış edir. O, geridə qalan mövsümün ilk yarısını Fransanın “Tuluza” klubunda, ikinci dövrəni isə məhz “Hayduk”da icarədə keçirmişdi. “Hayduk”un yetirməsi olan Lovre Kaliniç Xorvatiya yığmasında 19 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button