Premyer Liqa klubu mərakeşli futbolçunu transfer edib

İngiltərənin “Kristal Pelas” klubu son mövsümü İspaniya “Betis”ində keçirən müdafiəçi Çadi Riadı transfer edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı mərakeşli futbolçu ilə 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb.

Riad “Betis”in heyətində ümumilikdə 30 oyun keçirib. “Transfermarkt” portalı mərakeşli müdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button