Premyer Liqa klubu “kisənin ağzı”nı açacaq

İngiltərənin “Nyukasl” klubu yayda bahalı transferlər reallaşdırmağı planlaşdırır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “sağsağanlar” külli miqdarda pul xərcləməyə hazırdırlar və “Barselona”nın hücumçusu Rafinya ilə maraqlanırlar.

Rafinya 2022-ci ilin yayında “Lids”dən “Barselona”ya keçib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Braziliyalı futbolçu bu mövsüm “Barsa”da 41 oyun keçirib, 9 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button