Premyer Liqa klubu hücumçusuna yeni müqavilə təklif edib

“Vulverhempton” klubu hücumçusu Mateus Kunya ilə müqaviləni uzatmaq istəyir.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, “Vulverhempton” artıq Kunya ilə yeni müqavilə ilə bağlı danışıqlar aparır. Klub rəhbərliyi braziliyalı futbolçuya yeni təklif edib.

“Vulverhempton” Kunyanı komandada saxlamağa çalışır. Daha əvvəl futbolçu ilə “Arsenal”ın maraqlandığı bildirilirdi.

Kunya bu mövsüm Premyer Liqada 19 oyunda 10 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button