Premyer Liqa klubu “Fənərbaxça”nın futbolçusunu istəyir

“Fənərbaxça”nın futbolçusu Hasan Ali Kaldırım karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “NTV Spor”a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Vest Hem”, Super Liqa klubunun sol cinah oyunçusu ilə yaxından maraqlanır.

BBC iddia edir ki, futbolçunun meneceri ilə London klubunun rəsmiləri arasında görüş də baş tutub.

Türkiyə millisinin də şərəfini qoruyan Hasan Ali Kaldırımın “Fənərbaxça” ilə müqaviləsində 5 milyon avroya azad agent statusu almasına dair bənd var. Ehtimal olunur ki, ingilislər məhz bu məbləği ödəməklə sözügedən müdafiəçinin transferini rəsmiləşdirəcəklər.

2012-ci ilin yayında “Kayserispor”dan “Fənərbaxça”ya transfer olunan 29 yaşlı futbolçu, İstanbul təmsilçisi ilə 226 matça çıxıb, 8 qol vurub, 27 məhsuldar ötürmə müəllifi olub. O, bu klubun heyətində bir dəfə Türkiyə çempionu olub, bir dəfə də ölkə kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button