İngiltərə klubu Feliksin agenti ilə danışıqlara başlayıb

Portuqaliya millisinin və “Atletiko”nun futbolçusu Joao Feliks karyerasını “Aston Villa”da davam etdirə bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçunun agenti Jorje Mendeş mümkün transferlə bağlı danışıqlara başlayıb.

Futbolçu ilə “Mançester Yunayted”, “Çelsi”, “Bayern” və PSJ-nin də maraqlandığı bildirilir.

23 yaşlı hücumçu bu mövsüm “Atletiko”nun heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button