Premyer Liqa klubu Feliks üçün “qollarını çırmalayıb”

“Atletiko”nun hücumçusu Joao Feliksin gələcəyi transfer bazarında ən aktual mövzu olaraq qalır.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Aston Villa” 24 yaşlı futbolçu üçün danışıqlar aparır. Birmingem komandasının çalışdırıcısı Unay Emeri Feliksin ən yaxşı səviyyəsinə qayıda biləcəyinə əmindir.

“Aston Villa” Feliksi 40 milyon avroya sonradan satınalma müqabilində icarəyə götürə bilər. Lakin “Atletiko” onu dərhal satmağa üstünlük verir.

Portuqaliyalı forvard ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edib. Bu yaxınlarda “Atletiko” klubunun azarkeşləri onu yoxlama oyunu zamanı təhqir ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button