Premyer Liqa klubu “Latsio”nun futbolçusunu istəyir
“Aston Villa” klubu “Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonla maraqlanır.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “Aston Villa” 30 yaşlı futbolçunu 2024-cü ilin yayında azad agent kimi transfer etmək istəyir.
Futbolçunun hazırkı klubu ilə müqaviləsinin müddəti iyunun sonunda bitəcək.
Anderson 2021-ci ilin iyulundan “Latsio”nun formasını geyinir. Yarımmüdafiəçi 2023/2024 mövsümündə 1 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin