Premyer Liqa klubu Bellingemin transferindən vaz keçib
“Liverpul” Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Çud Bellingemin transferindən vaz keçib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, İngiltərə klubu 19 yaşlı futbolçunu qiymətinə görə daha transfer etməyi planlaşdırmır. Bellingemin transferi 120 milyon avrodan çox olacaq ki, bu da klubun yay büdcəsinin böyük bir hissəsidir. Əvəzində, “Liverpul” diqqətini komandanın hər mövqeyini gücləndirməyə yönəldəcək.
Baş məşqçi Yurgen Kloppun klubun Bellingemlə müqavilə imzalamamaq qərarını yüz faiz dəstəklədiyi bildirilir.
Daha əvvəl bildirilmişdi ki, Bellingem özü “Mançester Siti”, PSJ və “Çelsi”yə keçidi istisna edir.
İngiltərəli futbolçu bu mövsüm “Borussiya”nın heyətində 37 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin