Premyer Liqa klubu baş məşqçisiylə vidalaşdı – rəsmi

İngiltərənin Premyer Liqa klublarından “Uotford” baş məşqçisi Xisko Munyosla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Munyosun göndərilməsinin səbəbi komandanın uğursuz çıxış etməsidir.

“Uotford” ispaniyalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqada 7 turdan sonra cəmi 7 xal toplaya bilib. Komanda son turda “Lids”ə 0:1 hesabı ilə uduzub.

“Uotford”da Türkiyə millisinin futbolçusu Ozan Tufan da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button