Premyer Liqa klubu baş məşqçisini qovdu
İngiltərənin “Lester” klubu baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə “tülkülər”in rəsmi saytı məlumat yayıb. Komandanın son turlardakı uğursuz çıxışına görə, 57 yaşlı mütəxəssislə yolların ayrıldığı bildirilir.
Pyuel 2017-ci ilin oktyabrından “Lester”i çalışdırırdı.
“Lester” 27 turdan sonra 32 xalla 12-ci sırada yer alıb.
İngiltərə mətbuatı Pyuelin əvəzinə “Lester”in “sükanı arxasına” Rafael Benitesin gətiriləcəyini iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin