
Premyer Liqa klubu baş məşqçi ilə vidalaşıb
“Sauthempton”un baş məşqçisi İvan Yuriç Premyer Liqadan düşdükdən sonra klubu tərk edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis İngiltərənin yüksək liqasından aşağı düşdükdən sonra müqaviləsindəki bənddən istifadə edərək, komandanı tərk edib. Bu barədə komandanın futbolçularına bu gün məlumat verilib.
Xorvatiyalı çalışdırıcı təyinatından cəmi 108 gün sonra klubu tərk edib.
Dünən “Sauthempton” Premyer Liqanın bitməsinə 7 tur qalmış aşağı liqaya düşüb. Bu, liqanın antirekordudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin