Premyer Liqa klubu baş məşqçisi ilə vidalaşdı – Rəsmi

“Vulverhempton” İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün startına üç gün qalmış baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, ispaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Lopeteqi cəmi 9 ay “Vulverhempton”un “sükanı arxasında” qala bilib. O, 2022-ci ilin noyabrında bu posta təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda ötən mövsümü 13-cü pillədə başa vurub. Lopeteqi ilə birlikdə məşqçlər korpusunda yer alan digər 6 nəfərlə də yollar ayrılıb.

İngiltərə Premyer Liqasında yeni mövsümə avqustun 11-də start veriləcək. “Vulverhempton” ilk oyununu ayın 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button