Premyer Liqa klubu baş məşqçi seçimini etdi
İngiltərənin “Fulhem” klubu yeni mövsüm üçün baş məşqçi seçimini edib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi fevral ayında müvəqqəti olaraq baş məşqçi təyin edilmiş Skott Parkeri postunda saxlamağa qərar verib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda 38 yaşlı mütəxəssislə 2 illik müqaviləyə imza atıldığı bilirilir.
Xatırladaq ki, Parker fevral ayında italiyalı Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra “Fulhem”ə müvəqqəti baş məşqçi təyin edilmişdi. Skott futbolçu karyerası dönəmində bu komandanın kapitanı da olub. Onun rəhbərliyi altında komanda 9 oyuna çıxıb və cəmi 3 qələbə qazana bilib. Premyer Liqada sona bir tur qalmış 26 xalla 19-cu pillədə qərarlaşmış “Fulhem”in elitanı tərk etməsi dəqiqləşib və bu komanda yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.
Bizi Facebook-da izləyin