Premyer Liqa klubu Asensionun agenti ilə danışıqlara başlayıb

“Real”ın yarımmüdafiəçisi Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Nyukasl” Asensionun 2023-cü ilin yayında azad agent kimi transferi ilə bağlı ispan futbolçunun agenti Jorje Mendeşlə danışıqlar aparır.

26 yaşlı Asensio 2015-ci ilin yayından “Real”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 9 matçda meydanda olub.

Daha əvvəl bildirilirdi ki, “Real”ın prezidenti Florentino Peres Asensio klubla yeni müqavilə imzalamaqdan imtina etdikdən sonar baş məşqçi Karlo Ançelottidən futbolçunu meydana daha az buraxmasını istəyib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button