Premyer Liqa klubu alman futbolçu ilə vidalaşdı

Almaniyalı futbolçu Benedikt Hövedes 2 il çıxış etdiyi Rusiya “Lokomotiv”indən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin rəsmi saytı məlumat yayıb.

32 yaşlı müdafiəçi ilə Premyer Liqa klubu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Təcrübəli oyunçu ailə vəziyyətinə görə komandanı tərk edib.

Qeyd edək ki, Benedikt Hövedes 2018-ci ilin yayından “Lokomotiv”in formasını geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button