Premyer Liqa klubu adı mərc oyunlarında hallanan futbolçu ilə bağlı açıqlama yayıb
“Aston Villa” klubunun mətbuat xidməti hücumçu Nikolo Zaniolonun qanunsuz mərc oynamaqda ittiham olunması ilə bağlı rəsmi açıqlama yayıb.
Komanda.az xəbər verir ki, İngiltərə klubunun açıqlamasında belə deyilir:
“Aston Villa” təsdiq edə bilər ki, Zaniolo İtaliya Futbol Federasiyasına və müvafiq orqanlara iddia edilən qanunsuz bukmeker fəaliyyəti ilə bağlı araşdırmalarında kömək edir. Futbolçu klub rəhbərliyi ilə də görüşüb.
Zaniolo əsas komanda ilə normal məşq edir və bu həftəsonu “Vest Hem”lə matç üçün hazırdır. Proses davam etdiyi üçün klub əlavə şərh verməyəcək”.
Bundan əvvəl mətbuatda Zaniolonun qanunsuz mərclərdə iştirak etməsi ilə bağlı məlumatlar yayılmışdı. Futbolçunun həqiqətən mərclərdə oynadığını sübut edən məlumatlar da var.
Bizi Facebook-da izləyin