Abrahamla Premyer Liqadan daha bir klub maraqlanır
“Roma”nın hücumçusu Temmi Abrahamla İngiltərə Premyer Liqasının daha bir klubu maraqlanır.
Komanda.az “Mail sport”-a istinadən xəbər verir ki, “Everton” ingiltərəli futbolçu uğrunda mübarizəyə qoşulub.
Daha əvvəl 26 yaşlı forvardı “Tottenhem”, “Vest Hem” və “Aston Villa” kimi klubların almaq istədiyi bildirilirdi.
Abraham dizinin çarpaz bağlarından aldığı ağır zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmışdı. “Roma”nın hücumçusu İtaliya çempionatında keçirdiyi 8 oyunda 1 qol vurmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin