75 yaşlı baş məşqçidən vaz keçməyəcəklər
“Kristal Pelas” Roy Hocsonu baş məşqçi postunda saxlamaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Məlumata görə, London klubu baş məşqçi postuna bir sıra namizədləri, o cümlədən “Çelsi”nin keçmiş çalışdırıcısı Qrem Potteri, Stiv Kuper və bir neçə gün əvvəl “Seltik”lə anlaşan Brendan Rocersi nəzərdən keçirib. Amma sonda 75 yaşlı Hocsonun postunda qalmasına qərar verilib.
Roy Hocson mart ayında baş məşqçi Patrik Vieyranı əvəz edərək, “Kristal Pelas”ın “sükanı arxasına” keçib.
Komanda ingilis mütəxəssisin rəhbərliyi altında Premyer Liqada keçirdiyi son səkkiz matçdan beşində qalib gələrək, “Çelsi”, “Vulverhempton” və “Vest Hem”i qabaqlayaraq, 11-ci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin