Premyer Liqa klublarının hədəfindəki belçikalı

Fransa klubu “Lans”ın hücumçusu Lois Openda karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 23 yaşlı forvard “Arsenal”ın maraq dairəsinə düşüb. Unay Emerinin çalışdırdığı “Aston Villa” da belçikalı ilə maraqlanır.

Openda cari mövsümdə Fransa çempionatında 32 oyuna çıxıb, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button