Sane Premyer Liqanın iki klubunun hədəfindədir

“Bayern”in vingeri Leroy Sanenin mövsümün sonunda komandasını dəyişəcəyi bildirilir.

Almaniyalı futbolçu hələ də yeni müqavilə ilə bağlı klubla razılıq əldə etməyib. Onun hazırkı müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatacaq.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Sane Londonun iki klubunun – “Çelsi” və “Arsenal”ın maraq dairəsinə düşüb. Onun azad agent kimi bu klublardan birinə keçmək ehtimalı var.

29 yaşlı vinger 2020-ci ildən “Bayern”də çıxış edir. O, cari Bundesliqa mövsümündə 29 oyuna çıxaraq, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button