1 milyard avroluq itki təhlükəsi

Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqasında növbəti mövsümün oyunları azarkeşsiz keçiriləcəyi halda, klublara dəyəcək maddi zərər hesablanıb.

Komanda.az “The Telegraph”a istinadən xəbər verir ki, liqa oyunları boş tribunalar önündə keçirilsə, klublar ümumilikdə 1 milyard avro itirəcək. Bu hal baş versə, ən böyük maddi zərər “Arsenal”a dəyəcək. London klubu gəlirinin 1/4-i qədər – təxminən 140 milyon avro itirəcək.

Premyer Liqada koronavirus pandemiyası səbəbiylə növbəti mövsümün azarkeşsiz keçirilməsi müzakirə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button