Premyer Liqa klubları Super Liqada iştirak etməyəcək
Premyer Liqa klubları Super Liqada iştirak edə bilməyəcək.
Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, yeni qanun layihəsinə əsasən, Premyer Liqa klublarının İngiltərə futbolunu tərk etmək istəmədikcə Super Liqaya qoşulmaq şansı yoxdur. Yeni turnirdə iştirak etmək istəyən klubların milli çempionatdan kənarda qalacaqları bildirilib.
2021-ci ilin mayında Super Liqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham edib. Həmin ilin aprelində Avropanın 12 klubu Super Liqanın yaradıldığını elan etmişdi. Bura İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko”, “Barselona”, “Real”, həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.
Bizi Facebook-da izləyin