Premyer Liqa klubları menecerlərə nə qədər pul xərcləyib? – Siyahı

İngiltərənin Premyer Liqa klubları 2021-22 mövsümündə menecerlərə 272,6 milyon funt-sterlinqdən çox pul ödəyib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, cari mövsümdə ən çox xərc çəkən klub Premyer Liqanın lideri “Mançester Siti” dir. Keçən yay Cek Qrilişlə 100 milyon funt-sterlinqə anlaşan və bir neçə ulduz futbolçu ilə müqavilə müddətini uzadan MS 2 fevral 2021-ci il – 31 yanvar 2022-ci il tarixləri arasında menecerlərə 35 milyon funt-sterlinqdən çox pul ödəyib.

“Mançester Siti”ni 29 milyon funt-sterlinqlə “Mançester Yunayted” və 28,2 milyon funt-sterlinqlə “Çelsi” izləyir.

“Brentford” 3,5 milyon funt-sterlinqlə menecerlərə ən az xərc çəkən klub olub.

Arsenal – 18.652.818 milyon funt-sterlinq
Aston Villa – 9,557,054
Brentford – 3,499,285
Brayton – 6,244,039
Bernli – 6.005.185
Çelsi – 28.227.858
Kristal Pelas – 8,865,483
Everton – 11.494.820
Lids – 11,396,947
Lester – 12 046 495
Liverpul – 22,136,224
Mançester Siti – 35 046 646
Mançester Yunayted – 29 036 141
Nyukasl – 7,717,687
Norviç – 8,667,246
Sauthempton – 4,941,761
Tottenhem – 13,938,231
Uotford – 12,593,435
Vest Hem – 10,532,927
Vulverhempton – 11.958.945

Ümumi: 272,559,227 milyon funt sterlinq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button