Premyer Liqa: Beşinci dəfə bir turda orta hesabla ən azı 3 qol vurulub

Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə 5-ci dəfə bir turda orta hesabla ən azı 3 qol vurulub.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, son olaraq 22-ci turda 15 qol qeydə alınıb.

“Qarabağ” – “Sabah” (3:3), “Kəpəz” – “Səbail” (1:4), “Turan Tovuz” – “Qəbələ” (2:1) və “Araz-Naxçıvan” – “Neftçi” (1:0) oyunlarında qol qeydə alınıbsa, “Zirə” – “Sumqayıt” qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

Beş görüşdə orta hesabla 3,00 qol vurulub. 2023/24 mövsümündə 5-ci dəfə bu göstərici ən azı 3-ə bərabər olub. Rekord 10-ci və 16-cı turlarda gerçəkləşib. Həmin vaxt 19 qol qeydə alınıb. Premyer Liqa klubları 12-ci turda 16, 1-ci turda isə 15 dəfə fərqləniblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button