Premyer Liqa: 14-cü turun oyun proqramı açıqlandı

Azərbaycan Premyer Liqasında 14-cü turun oyun proqramı məlum olub.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, tura üç gün ərzində yekun vurulacaq.

“Neftçi” – “Zirə” görüşünün start fiti noyabrın 23-də, saat 19:00-da səsləndiriləcək.

Tovuz şəhər stadionunda baş tutacaq “Turan Tovuz” – “Sabah” matçı isə noyabrın 24-də, saat 17:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası, 14-cü tur

22 noyabr

17:00. “Kəpəz” – “Araz-Naxçıvan”
Tovuz şəhər stadionu

23 noyabr

17:00. “Səbail” – “Qarabağ”
“ASCO Arena”

19:00. “Neftçi” – “Zirə”
“Neftçi Arena”

24 noyabr

17:00. “Turan Tovuz” – “Sabah”
Tovuz şəhər stadionu

19:00. “Sumqayıt” – “Şamaxı”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button