“Pozitiv olmalıyıq” – “Sumqayıt”ın məşqçisi
“Sumqayıt”ın məşqçisi Rail Məlikov Misli Premyer Liqasının 5-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Ağır oyun olacağını bilirdik. Yaxşı hazırlaşmışdıq. Təqvim ağır idi. İlk hissədə bərabər oyun getdi. “Neftçi” bir zərbə vurdu, o da qol oldu. Futbolda belə şeylər olur. “Qara zolağ”a düşmüşük. Bir qələbə lazımdır. Ardı gələcək.
- Komanda heç qol vura bilmir, bu haqda nə deyəcəksiz?
- Bir az pozitiv olaq. İndiyə qədər bizdə legioner olmayıb. Adaptasiya olmalıdır. Biz də bilirik ki, qol yoxdur. Bir qələbə lazımdır, ardı gələcək. Legionerlər komandaya yenicə uyğunlaşır. Oyundan oyuna komanda irəli gedir. Verilən tapşırıqları 80 faiz yerinə yetirirlər.
- Növbəti oyundan sonra da mətbuat konfransında siz olacaqsız?
- Bu gün baş məşqçinin səhhətində problem oldu, mən əvəz etdim.
- 11 il ərzində belə zəif “Sumqayıt” görmüşdüz?
- Nəyə zəif deyirsiz? Pozitiv olmalıyıq. Futbolda belə hallar baş verir. Penaltidən sonra komanda oyundan qopdu. 1-2 oyuna görə komandaya zəif demək olmaz.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin