
Potterin yerinə Poçettino?
PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino “Çelsi”ni çalışdıra bilər.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, klub rəhbərliyi Qrem Potterlə yolları ayırsa, 50 yaşlı argentinalı mütəxəssis “zadəganlar”ın baş məşqçisi olmağa etiraz etməyəcək.
Potter 2022-ci ilin sentyabrında Premyer Liqa təmsilçisinin “sükanı arxasına” keçib.
“Zadəganlar” İngiltərə kubokunun “Mançester Siti” ilə matçında (0:4) məğlub olaraq, turnirlə vidalaşıb. Hazırda “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.
Maurisio Poçettinonun son iş yeri PSJ olub. O, 2022-ci ilin iyulunda komandanın baş məşqçisi vəzifəsindən azad edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin