Potterin “Çelsi”si: Bəzi futbolçular dəhlizdə oturmalı olurmuş
Qrem Potterin baş məşqçi olduğu müddətdə “Çelsi”nin heyətində problemlər olub.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
“Çelsi”də zədə problemi həll olunandan sonra futbolçuların sayı bəzən 33-40-a çatıb. Bu baxımdan, klub rəhbərliyi oturacaqların sayını artırmaq üçün paltardəyişmə otağını yenidən təchiz etməli olub. Bu vaxta qədər bəzi isə bəzi oyunçular komandanın oyunları zamanı dəhlizdə, yerdə oturmaq məcburiyyətində qalıb.
“Çelsi” aprelin 2-də Potterin baş məşqçi vəzifəsindən uzaqlaşdırıldığını elan edib. Bundan sonra Bruno Saltor müvəqqəti baş məşqçi təyin edilib.
“Zadəganlar” İngiltərə Premyer Liqasında 28 oyundan sonra 38 xalla 11-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin