
Potter uğursuzluğunu etiraf etdi
“Vest Hem”in keçmiş baş məşqçisi Qrem Potter klubdan qovulması ilə bağlı danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə klubunun bütün heyətinə təşəkkür edib:
“Lakin mən nəticələrimizin qeyri-qənaətbəxş olduğunu tam etiraf edirəm. Mən kluba gələcəkdə uğurlardan başqa, heç nə arzulamıram”.
“Vest Hem” sentyabrın 27-də 50 yaşlı mütəxəssislə əməkdaşlığın bitdiyini rəsmən elan edib. Daha əvvəl “Nottingem Forest”ə rəhbərlik edən Nuno Espirito Santu “Vest Hem”in yeni baş məşqçisi təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



