Potter tələsmir

“Çelsi” və “Brayton”un keçmiş baş məşqçisi Qrem Potter işə qayıtmağa tələsmir.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, bu yaxınlarda Stiv Kuperi postundan uzaqlaşdıran “Lester” 49 yaşlı mütəxəssisin təyinatında maraqlıdır.

Potter çətin ki, tezliklə Premyer Liqaya qayıda. Belə ki, onu “tülkülər”in “sükanı arxasındakı” iş cəlb etmir. Maraqlıdır ki, “Lester” Kuperlə razılığa gəlməzdən əvvəl, yayda “Çelsi”nin keçmiş baş məşqçisini təyin etməyə hazır idi, lakin o zaman da heç nə alınmadı.

Potter 2023-cü ilin aprel ayının əvvəlində London klubundan qovulub. O, həmin vaxtdan işsizdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button