
Potter İsveç millisini çalışdırmaqdan imtina edib
İngiltərəli məşqçi Qrem Potter İsveç millisinə rəhbərlik təklifini qəbul etməyib.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, mütəxəssis milli komandalarla yox, klublarla işləmək istəyir.
Daha əvvəl Yanne Andersson İsveç millisinin baş məşqçi postundan ayrılıb. O, komandası AÇ-2024-ə vəsiqə qazanmadığı üçün istefa verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin