“Bu, bir fürsətdir” – Potter
“Çelsi”nin baş məşqçisi Qrem Potter DÇ-2022 ilə əlaqədar yaranacaq fasilə zamanı komandanın necə çalışacağını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingilis mütəxəssis dünya çempionatını fürsət kimi dəyərləndirib:
“Bir neçə gün istirahətimiz olacaq. Sonra yenidən toplanacağıq, məşq edəcəyik. Hazırlıq məqsədilə bir neçə oyun keçirəcəyik. Əlimizdə olan imkandan istifadə etməliyik. Bu, bir fürsətdir.
Altı həftə ərzində 13 matç oynadıq. Onlardan səkkizi səfərdə idi. Biz çox şey öyrəndik. Düşünmək və daha güclü qayıtmaq üçün vaxta ehtiyacımız var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin