“Çelsi”nin keçmiş baş məşqçisi klubun oyunçu seçimindən danışdı
“Çelsi”nin keçmiş baş məşqçisi Qrem Potter London klubunun transfer siyasətindən danışıb.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Çelsi”nin transfer siyasətini bacardıqca dəstəkləməyə çalışdıq, lakin 2023-cü ilin yanvarından sonra bir çox oyunçu ilə problemimiz oldu. Bəziləri sadəcə ehtiyat oyunçular oturacağında oturmalı idi. Təbii ki, bu ideal deyil. Hamı başa düşdü ki, bu, həqiqətən də çətin vəziyyətdir, çünki meydana 11 futbolçu çıxarmaq olardı. Oynamayan 20 oyunçunuz varsa, bunu deyəcək məşqçi yoxdur: “Bəli, bu mənim üçün ən yaxşı şərtlərdir”.
İngiltərə klubunun hazırkı baş məşqçisi Enzo Mareskadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin