Potter “Çelsi”nin tarixinə düşüb
UEFA Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında “Çelsi” “Borussiya”nı (Dortmund) məğlub edib (2:0).
Komanda.az BBC-yə istinadən xəbər verir ki, həmin qarşılaşma “zadəganlar”ın çalışdırıcısı Qrem Potter üçün əlamətdar olub. O, London klubunun “sükanı arxasında” UEFA Çempionlar Liqasında pley-off mərhələsini keçən ilk ingiltərəli baş məşqçi olub.
Premyer Liqa təmsilçisi Almaniyadakı ilk qarşılaşmada minimal hesabla (0:1) uduzsa da, iki görüşün nəticəsinə əsasən, 1/4 finala vəsiqə qazanıb.
“Çelsi” 2019/2020 mövsümündə Frenk Lempardın rəhbərliyi altında pley-offda “Bayern”ə uduzaraq, turnirlə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin