“Brayton” keçmiş baş məşqçisini geri qaytarmaq istəyir

Roberto De Zerbi mövsümün sonunda komandadan ayrıldıqdan sonra “Brayton” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “qağayılar” 2019-22-ci illərdə komandaya rəhbərlik etmiş Qrem Potteri dəvət etməyi düşünür.

İngiltərəli çalışdırıcı 2022-ci ilin payızında “Çelsi”yə rəhbərlik etsə də, London klubunda yalnız aprel ayına kimi fəaliyyət göstərib, bundan sonra qovulub. Potter həmin vaxtdan bəri işsiz qalıb.

Daha əvvəl Potterin AÇ-2024-dən sonra Qaret Sautqeyt İngiltərə millisinin baş məşqçisi postunu tərk etsə, yığma komandada işləməkdə maraqlı olacağı bildirilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button