“Tottenhem”in baş məşqçisi zədələnən futbolçu haqda danışdı

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu müdafiəçi Ben Deyvisin zədələnməsi ilə bağlı sualı cavablandırıb.

Komanda.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, avstraliyalı çalışdırıcı, Deyvisin diz nahiyəsindən zədə aldığını bildirib:

“Deyəsən, o, diz nahiyəsindən zədə alıb. Ben Deyvis və Radu Draquşin hər matçda əvəzlənmədən oynayırlar, bu, yeganə mövqedir ki, biz rotasiya edə bilmirik. Aydındır ki, Deyvis bir müddət darıxacaq. Biz yalnız gözləyə bilərik və ümid edirik ki, bu, o qədər də uzun çəkməyəcək. Bütün bunlar komandamızın dərinliyinin nəticəsidir”.

Deyvis dünən “Bornmut”la oyunda (0:1) zədələnib və ikinci hissənin ortalarında əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button