Finala yüksəldi, azarkeşlərə təşəkkür etdi

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunları baş tutub.

“Tottenhem” Norveçdə “Bodo-Qlimt” üzərində 2:0 hesablı qələbə qazanaraq finala yüksəlib.

Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, matçdan sonra London klubunun baş məşqçisi Angelos Postekoqlu səfərə gələn azarkeşlərə təşəkkürünü bildirib:

“Biz azarkeşlər üçün buradayıq. Futbol bütövlükdə azarkeşlərə görədir. Məşqçilər və futbolçular gəlir-gedir, amma azarkeşlər daim bizimlə qalır. Bu gün bizimlə 400 azarkeş var idi, bir çoxu isə evdə televizor qarşısında izləyirdi. Ümid edirəm, biz onlara sevincli anlar yaşada bildik”.

Avropa Liqasının final matçı mayın 21-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button