Postekoqlu razı qalıb
“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Premyer Liqasının ikinci tur matçında “Everton” üzərində qazanılan inamlı qələbədən (4:0) danışıb.
Komanda.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, komandasının çıxışından razı qaldığını deyib:
“Biz müxtəlif növdə çoxlu şanslar yaratdıq. Düşünürəm ki, rəqibin uzun ötürmələrlə yaratdığı təhlükələrlə çox yaxşı mübarizə apardıq”.
“Tottenhem” növbəti turda səfərdə “Nyukasl”la qarşılaşacaq. Qarşılaşma sentyabrın 1-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin